<

Azərbaycanda qadın hüquqlarının təmin edilməsində müsbət dinamika var - Kaori İşikava

20:59 - 20 Noyabr 2023

Azərbaycanda qadın hüquqlarının təmin edilməsində müsbət dinamika var - Kaori İşikava


“Azərbaycanda qadın hüquqlarının təmin edilməsində müsbət dinamika müşahidə olunur”.

 

Manset.az “Report”-a istinadən xəbər verir ki, bunu "UN Women" təşkilatının regional koordinatoru Kaori İşikava noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransında çıxışı zamanı deyib.

“Azərbaycan gender bərabərliyi və insan hüquqlarının müdafiəsi məsələlərində nümunə ola bilər”, - o bildirib.
Onun sözlərinə görə, gender bərabərliyinin təmin edilməsi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas məsələlərdən biridir.


Xəbər xətti

7 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin