Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var - FOTO

20:50 - 20 Noyabr 2023

Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var - FOTO

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

 

Manset.az  report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqallı kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil həmin yolda hərəkətdə olarkən əks istiqamətdə gələn "VAZ-21011" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə hər iki avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktnan bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv