ABŞ Prezidenti Co Bayden yenə davranışı ilə gündəm olmağı bacarıb.
Manset.az xarici Kiv-ə istinadən xəbər verir ki, dünən keçirilən Şükran Günü tədbirində balaca qıza dediyi sözlərlə yenidən sosial mediada maraqlı şərhlərə səbəb olub.
Gözünü balaca bir qıza dikmiş Baydenin qulaqlı tac taxan uşağa yaxınlaşaraq "Nə gözəl qulaqların var" deməsi salonda heyrət yaradıb. ABŞ prezidenti balaca qıza “Mən sənin qulaqlarını sevirəm. Onları bəyənirəm, çox gözəldirlər. Adın nədir?" dedyib.
Kiçik qız "Ketrin" deyə cavab verəndə Bayden dedi: "Nə gözəl addır. Anamın adı. Neçə yaşın var? 17?” zarafat edib.
Çox gülməli olmayan bu zarafat zalda gülüşə səbəb olub. ABŞ prezidenti çıxışında uşaqları böyüklərdən çox sevdiyini bildirib və “Kaş ki, səninlə qalıb Wonkaya baxa biləydim” deyib.
Baydenin bu addımı sosial mediada da böyük səs-küyə səbəb olub. Bir çox insanlar Baydenin kiçik qıza yanaşmasını “narahatedici və qorxulu” adlandırıb.
Qeyd edək ki, ABŞ prezidentinin gənc qızlarla söhbəti əvvəllər də tənqidlərə səbəb olub. Bayden keçən ilin oktyabrında Kaliforniyada bir məktəbdə gənclərlə foto çəkdirərkən bir qız şagirdə tərəf əyilərək “30 yaşına qədər ciddi münasibət yoxdur” deməsi müxtəlif şərhlərə səbəb olub.
Bu gün 81 yaşı tamam olan Bayden son vaxtlar dilinin sürüşməsi və səhnədə öz mövqeyini tapa bilməməsi ilə lağ obyektinə çevrilib. Gələn il keçiriləcək prezident seçkiləri üçün Baydenə dəstək də getdikcə azalır.
Jalə
Manşet.az