<

HƏMAS-ın hücumları nəticəsində yaralanan israillilərin sayı AÇIQLANDI

18:50 - 20 Noyabr 2023

HƏMAS-ın hücumları nəticəsində yaralanan israillilərin sayı AÇIQLANDI

Livanın cənub sərhədindəki əməliyyatlarda 1523 israilli yaralanıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barəda Hizbullah açıqlama yayıb.

Açıqlamada bu rəqəmin necə müəyyən edildiyi barədə məlumat verilməyib, yaralananlar arasında mülki vətəndaş və əsgərlərin sayı göstərilməyib.

Qeyd edək ki, oktyabrın 8-dən etibarən sərhəd bölgəsində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 76 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

Hizbullah münaqişənin başlanğıcından bəri 120 kilometrlik sərhəd xətti boyunca 40-dan çox İsrail hərbi məntəqəsini hədəf aldığını açıqlayıb.

İsrail Hizbullahın hücumlarına artilleriya atəşi ilə yanaşı, döyüş təyyarələri və PUA-larla da cavab verib.

Jalə

Manşet.az


Xəbər xətti

8 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin