Yunanıstanda havaların soyuması ilə əlaqədar "Covid-19" hadisələrinə görə ölümlərin artdığı açıqlanıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərdən xəstələrə kritik xəbərdarlıqlar gəlib.
Prof. Theodoros Vasilakopoulos, Yunanıstan Radio və Televiziya Korporasiyası ERT-yə verdiyi açıqlamada, Covid-19 səbəbiylə ölüm nisbətlərinin "çox yüksək" olduğunu bildirib və virusa qarşı peyvəndin əhəmiyyətli olduğunu vurğulayıb.
Vasilakopoulos, "Koronavirusdan ölənlərin orta sayı həftədə 50 nəfərdir ki, bu da çox yüksək rəqəmdir. Etməli olan, ölkəmizdə mövcud olan variantları çox yaxşı önləyən peyvəndlərə sahib olmaq və sayını artırmaqdır. simptomlar olduqda testlər." deyib.
Vasilakopoulos xəbərdarlıq edib ki, xüsusilə yaşlılar və yüksək risk qruplarında olan insanlar daha diqqətli olmalıdırlar.
Jalə