Fransada vaxtı keçmiş vaksin qalmaqalı

22:44 - 30 Sentyabr 2021

Fransada vaxtı keçmiş vaksin qalmaqalı

Fransanın Loire bölgəsində 100-ü uşaq olmaqla, 260 nəfərə son istifadə tarixi keçmiş “Pfizer” vaksini vurulub.

Manşet.az xəbər verir ki, bu barədə “France Bleue” radiosu məlumat yayıb.

Bildirilib ki, bu bölgədə yaşayan 260 nəfərə vaxtı keçmiş vaksin vurulub. Bunlardan 100-ü məktəb yaşlı uşaqlardır.

Fransa Milli Dərman Təhlükəsizliyi Agentliyi vaksin vurulan yüzlərlə şəxsin səhhəti üçün hər hansı bir risk olmadığını açıqlayıb:

“Bu dozaların koronavirusa qarşı təsiri olacağına təminat verilə bilməz. Nəticədə, bu universitet tələbələrinə yeni dozalar üçün yeni tarixlər təqdim olunacaq”.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin