Ağ Ev təyyarəmizin Rusiya tərəfindən vurulduğunu TƏSDİQ ETDİ
27 Dekabr 2024
15:20 - 20 Noyabr 2023
Dünya şöhrətli Şakira ləqəbli kolumbiyalı müğənni İzabel Mebarak Ripoll 2012-2014-cü illər arasında 14,5 milyon avro vergidən yayınma ittihamlarını qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İspaniyada baxılan məhkəmədə 8 il 2 ay həbs cəzası aldığı vergidən yayınma iddiası ilə ittiham olunan Şakira 2,9 milyon avro cərimə ödəməyə razılaşıb.
Normal şəraitdə 117 nəfərin şahid qismində cəlb olunduğu işin 12 iclas davam edəcəyi gözlənilirdi.
Beləki, “Barselona”nın keçmiş futbolçusu Gerard Pike ilə birlikdə bir müddət Barselonada yaşayan Şakira ölkə qanunlarına görə 183 gündən çox burada yaşadığı üçün vergi ödəyicisi olub. Prokurorluq Şakiranı İspaniyada vergi ödəməmək üçün gəlirlərini və aktivlərini İspaniya Vergilər İdarəsindən gizlətməkdə və Britaniya Virgin Adaları, Kayman adaları, Malta, Panama və Lüksemburqda yerləşən şirkət şəbəkəsinə köçürməkdə ittiham edib. Prokurorluq Şakiraya 8 il 2 ay həbs və ümumilikdə 23 milyon avroya yaxın cərimə tələb edirdi.
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin