<

İsrail Rəfahda hərbi əməliyyatları dayandırdı

15:09 - 20 Noyabr 2023

İsrail Rəfahda hərbi əməliyyatları dayandırdı

SAXAL Qəzza zolağının cənubundakı Rəfah şəhərində Moskva vaxtı ilə saat 11:00-dan 15:00-dək atəşi dayandırıb.

 

Manset.az BAKU.WS-ə istinadən bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Aviçai Edriyə istinadən xəbər verir.

Edri bildirib ki, humanitar məqsədlər üçün Rafah bölgəsinin qərbində "taktiki dayandırma" tətbiq olunacaq. İsrail ordusunun nümayəndəsi Qəzzanın üç bölgəsinin sakinlərinin təxliyə olunduğu humanitar dəhlizin işini də xatırladıb. Qaçqınların marşrutu Qəzza zolağının cənubuna doğru Salah ed-Din yolundan keçir. Dəhliz Moskva vaxtı ilə saat 17:00-a qədər keçərlidir.

Qeyd edək ki, Rəfah Qəzza zolağı ilə Misirin sərhəddində yerləşən şəhərdir. Qaçqınlar məhz Rəfah keçidi vasitəsilə Qəzzanı tərk edirlər.


Xəbər xətti

8 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin