Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
22:17 - 30 Sentyabr 2021
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Təhlükəsizlik Şurasının iclası keçirilib.
Manşet.az xəbər verir ki, iclasda qlobal iqlim dəyişikliyi, Əfqanıstan, Suriya, Şərqi Aralıq dənizindəki proseslər müzakirə olunub.
Bildirilib ki, Türkiyə hər bir beynəlxalq məsələdə olduğu kimi, qlobal iqlim dəyişikliyi məsələsində də üzərinə düşənləri edəcək.
Əfqanıstan məsələsində beynəlxalq ictimaiyyətlə birlikdə hərəkət etmək və humanitar böhranın öhdəsindən gəlməkdə səmimiyyətlə məsuliyyət daşımaq çağırışı edilib.
Diqqətə çatdırılıb ki, Yunanıstanın və Cənubi Kipr rəhbərliyinin birtərəfli hərəkətlərinin dəstəklənməsi bölgədəki anlaşılmazlıqları daha da dərinləşdirir.
Vurğulanıb ki, Suriyada mülki vətəndaşları hədəf alan və sabitliyə zərər verən hərəkətlər bölgədə vəziyyətin nizamlanmasına da zərər gətirir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin