<

Bu gün Ağdam Şəhəri Günüdür

00:18 - 20 Noyabr 2023

Bu gün Ağdam Şəhəri Günüdür

Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür.

 

Manset.az xəbər verir ki, Azərbaycanda Ağdam Şəhəri Günü ilk dəfədir qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.


Xəbər xətti

29 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin