“Mançester Yunayted”in sabiq qapıçısı David de Xea “Əl-Nəsr”ə keçməkdən imtina edib.
Manset.az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Xəbərə görə, "Əl-Nəsr" ispan futbolçuya həftəlik 623 min dollar maaş təklif edib. Amma onun xanımı Səudiyyə Ərəbistanında yaşamağa qarşı çıxdığı üçün 33 yaşlı de Xea ərəblərə "yox" deyib.
Qeyd edək ki, de Xeanın “Mançester Yunayted”lə müqaviləsinin müddəti bu yay başa çatıb. O, hazırda azad agent statusu daşıyır.