Toy keçirmək istəyənlər üçün portal bu tarixdən aktiv ediləcək

10:30 - 22 İyun 2021

Toy keçirmək istəyənlər üçün portal bu tarixdən aktiv ediləcək

İyulun 1-dən Azərbaycanda şənlik mərasimi (toy, nişan, ad günləri və s.) keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az ) daxil edilməldir.

Manset.az xəbər verir ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərarla portal iyunun 26-dan etibarən müvafiq məlumatları daxil etmək üçün aktiv ediləcək.

Məlumata görə, keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir.

Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin