<

Bu avtobusun hərəkət sxemi dəyişdirildi

12:22 - 18 Noyabr 2023

Bu avtobusun hərəkət sxemi dəyişdirildi

Bakı şəhərində fəaliyyət göstərən 53 nömrəli müntəzəm marşrut avtobusunun hərəkət sxemində dəyişiklik edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyiə (AYNA) məlumat yayıb.

Bildirilib ki, sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası, son dayanacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin