Naxçıvanda yeni publik hüquqi şəxs YARADILDI

20:07 - 17 Noyabr 2023

Naxçıvanda yeni publik hüquqi şəxs YARADILDI

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb.

 

Manset.az  xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az