<

İsrail rəsmisi uşaq ölümlərini qəbul etmədi: “Onları kimin öldürdüyü bəlli deyil”

18:48 - 17 Noyabr 2023

İsrail rəsmisi uşaq ölümlərini qəbul etmədi: “Onları kimin öldürdüyü bəlli deyil”

İsrailin baş naziri Benyamin Netanyahunun xarici işlər və beynəlxalq kommunikasiyalar üzrə baş müşaviri Mark Regev MSNBC televiziyasının canlı efirində Mehdi Həsənin suallarını cavablandırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, proqramda Regev HƏMAS-ın mülki ölümlərlə bağlı verdiyi rəqəmlərə etibar edilməməsi lazım olduğunu bildirib.  

Regev “Qəzzalı uşaqları kimin öldürdüyü bəlli deyil” deyərək uşaq ölümlərini inkar edib.

Mehdi Həsən qarşılığında "Mən öz gözlərimlə dağıntılar altından çoxlu uşaq cəsədinin çıxarıldığını gördüm" deyib.

Regev isə "Bunlar HƏMAS-ın görmənizi istədiyi fotolardır. Əvvəla, siz bu insanların, bu uşaqların necə öldüyünü bilmirsiniz" ifadələrini işlədib.

Bundan sonra Həsən “Razıyam ki, HƏMAS-ın hər dediyinə kor-koranə inanmamalıyıq, amma sizin hökumətinizin dediklərinə niyə inanmalıyıq? sualına verərək, Şifa xəstəxanasının “qərargah” kimi istifadə edilməsi ilə bağlı təqdim edilən “dəlil”in yalan olduğunu qeyd edib.

Regev qarşılığında cavab olaraq sadəcə “Hər kəs səhv edə bilər” deyib. 

Əfsanə

Manşet.az


Xəbər xətti

7 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin