Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın paytaxtı Berlində səfərdədir.
Manset.az-ın TRT Haber-ə istinadən məlumatına görə, Berlin Brandenburq Hava Limanında Almaniya rəsmiləri və Türkiyənin Berlindəki səfiri Əhməd Başar Şen tərəfindən qarşılananRəcəb Tayyib Ərdoğan Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşmək üçün Bellevue Sarayına gedib.
Səfər çərçivəsində Ştaynmayerlə təkbətək və heyətlərarası görüş keçirəcək prezident Ərdoğan, daha sonra Kansler Binasında Almaniya kansleri Olaf Şolz ilə görüşəcək. İki lider görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanı səfər zamanı xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat, prezidentin kommunikasiya direktoru Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın və prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç müşayiət edir.
Jalə
Manşet.az