“HƏMAS-ın kökünün kəsilməsinin şərti İranla ciddi məşğul olmaqdan keçir” - ABŞ rəsmisi

17:44 - 17 Noyabr 2023

“HƏMAS-ın kökünün kəsilməsinin şərti İranla ciddi məşğul olmaqdan keçir” - ABŞ rəsmisi

Fələstinli HƏMAS yaraqlılarının kökünü kəsmək üçün bir tələb var, o da İran ilə ciddi məşğul olmaqdır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper CBS telekanalına müsahibəsində deyib

O, əlavə edib: “HƏMAS-ı qəti şəkildə məğlub etmək və məhv etmək üçün onun hərbi gücünün bərpasının qarşısı alınmalıdır. Bunun üçün İranla ciddi şəkildə davranılmalı, bu ölkədən silah verilməsi, vəsait təmini və bu kimi digər dəstəkləri dayandırmaq lazımdır. Bu müharibədə bir neçə günlük atəşkəs HƏMAS-ın xeyrinədir. Belə ki bu, hərbi ona özünü yenidən toplayıb silahlanmağa və İsraillə müharibəni yenidən davam etdirə bilməyə vaxt qazandırar”.

Qeyd edək ki, Mark Esper Donald Trampın prezidentliyi dövründə müdafiə naziri olub.

Əfsanə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv