Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
19:23 - 30 Sentyabr 2021
Xəbər verdiyimiz kimi, bu gün həyat yoldaşını güllələyərək öldürməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədova hökm oxunub. Ona 10 il azadlıqdan məhrum etmə cəzası verilib.
Manşet.az xəbər verir ki, hakim son sözündə ittihamla qəti razı olmadığını bildirib:
“İttiham aktında qeyd olunanlar fərziyyədir. Nə vaxtdan 15 il bir yerdə yaşadığın arvadına yüksək tonda nəsə deməyin təhqir sayılır?! Bir insanı qəsdən öldürmək üçün bunu arzulamalısan. Mənim onu öldürməyim sadəcə şit bir zarafatın nəticəsi idi.
15 il Pərvanə ilə nikahda olmuşam. Mən onu sevirdim. Həmişə də belə olacaq. İstəməzdim ki, onun başından bir tük belə əskik olmasın, nəinki onu öldürmək”.
Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlun 2021-ci il mayın 30-da Nardaran qəsəbəsi, “Ləhiş bağları”nda birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq, arvadı Pərvanə Əhmədovanı öldürmüşdü.
Qafqazinfo
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin