<

"Real Madrid" azarkeşlərinə pis xəbər - Daha bir aparıcı futbolçu sıradan çıxdı

17:40 - 17 Noyabr 2023

"

 

Real Madrid"in braziliyalı ulduzu Vinisius Junior Kolumbiya ilə matçın 27-ci dəqiqəsində aldığı zədə səbəbindən oyunu tərk etməli olub.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, ulduz futbolçu matçdan sonra zədəsi ilə bağlı açıqlama verib:

"Düşünürəm ki, keçən dəfəki zədədir. Zərbə aldım və özümü pis hiss etdim".

Xatırladaq ki, Vinisius Junior avqust ayında bud əzələsindən zədələnib və 1 ay yaşıl meydanlardan uzaq qalmışdı.


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin