<

Ukrayna bu dildə dərsliklərin çapını dayandırdı

17:06 - 17 Noyabr 2023

Ukrayna bu dildə dərsliklərin çapını dayandırdı

Ukrayna Moldova dilində dərsliklərin çapını dayandırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, buna səbəb Rumıniyanın narazı olduğu açıqlanıb.

Departament öz saytında “Bu gün nazirlik bu dərsliklərin hər hansı əlavə çapını dayandırıb, həmçinin, əvvəllər çap olunan nüsxələrin rumın dilində olan dərsliklərlə əvəzlənməsi mexanizmini hazırlayır”, - deyə məlumat verib. 

Nazirlik izah edib ki, Moldova dili üzrə dərsliklərin çapı 2023-cü ilin mayında təsdiqlənib, əsas nəşr isə yayda buraxılıb. O zaman Moldova dilindən istifadə etməmək qərarı hələ verilməmişdi.

Bundan əvvəl Moldova prezidenti Maya Sandu Ukrayna hakimiyyətinin Moldova dilinin rumın dili hesab edilməsi qərarını alqışlamışdı. Onun sözlərinə görə, belə bir addım Ukrayna, Moldova və Rumıniyanın birliyini gücləndirir.

Əfsanə

Manşet.az

 

 


Xəbər xətti

7 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin