<

“Əl-Nəsr” üçün qılınc ilə poza verən Ronaldo haradadır?

16:50 - 17 Noyabr 2023

“Əl-Nəsr” üçün qılınc ilə poza verən Ronaldo haradadır?

Səudiyyə Ərəbistanı Məkkə və Mədinədə Fələstinə dəstək nümayiş etdirən, hətta Fələstin və ya Qəzza sözlərindən istifadə edən insanları bir-bir həbs edir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həbs xəbərləri ilə yanaşı, başqa bir maraq doğuran məsələ “Əl Nəsr” komandasında çıxış edən, dünyaca məşhur futbolçu Kristiano Ronaldonun Qəzza ilə bağlı heç bir açıqlama verməməsidir.

Beləki, Kristiano Ronaldonun Qəzza susqunluğu diqqət çəkib və reaksiyaya səbəb olub.

İş o yerə çatıb ki, “Twitter” istifadəçiləri Ronaldoya Qəzzanı dəstəkləyən açıqlama vermək üçün həştəq açıb və “Ronaldo, Qəzzanı dəstəklə” deyiblər.

Ronaldonun səssizliyinin Səudiyyə Ərəbistanından qaynaqlandığı düşünülür.

Əfsanə

Manşet.az


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin