Fələstinin HƏMAS təşkilatı və İsrail rəhbərliyi Qəzza zolağında 3 gün müddətinə atəşkəsin tətbiq edilməsi barədə razılığa gəliblər.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Əl-Ərəbiyə” telekanalı yayıb.
Məlumata görə, İsrail, həmçinin anklava BMT-nin nəzarəti altında məhdud həcmdə yanacaq göndərilməsinə də razılıq verib.