Bu şəxslərə yeni hüquq verilir

14:18 - 17 Noyabr 2023

Bu şəxslərə yeni hüquq verilir

Azərbaycanda barəsində cinayət təqibi üzrə qiyabi icraat nəticəsində qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı qəbul edilmiş şəxslərə yeni hüquq verilir.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət-Prosessual Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, barəsində cinayət təqibi üzrə qiyabi icraat nəticəsində qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı qəbul edilmiş şəxsin ərizə verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinə yenidən baxılmasını tələb etmək hüququ müəyyən edilir.


Xəbər xətti

3 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin