“Cəmiyyətimizi bu akulalardan qurtarmalıyıq” - Zahid Məmmədov

11:48 - 17 Noyabr 2023

“Cəmiyyətimizi bu akulalardan qurtarmalıyıq” - Zahid Məmmədov

Bu gün televiziyada və internet portallarda ancaq şou-əyləncə verilişlərinə rast gəlirik. Birbaşa evimizə qonaq olan şəxslər müğənnilər, blogerlər və sosial xarakterli verilişlərə müraciət edən şəxslərdir. Kütləvi şəkildə şoulaşmış televiziyalarımızda elm adamlarına və ziyalılarımıza yer verilmir.

 

Mövzu ilə bağlı fikirlərini Manset.az ilə bölüşən İqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki, televiziyalar nəyi təbliğ edirsə, cəmiyyət də onu yeyir.

Zahid Məmmədov qeyd edib ki, bu gün bizim cəmiyyətdə söz sahibi kimi gördüyümüz müğənnilər və onların ailə üzvləridir:

Rəqəmsal dünya inkişaf etdikcə cəmiyyətimiz daha da irəli getməlidir. Çünki rəqəmsal cəmiyyətin çox müsbət tərəfləri var.  Məsələn, bu gün tibbi mövzu ilə bağlı dünyanın ən məşhur aliminin fikirlərini asanlıqla dinləyə bilərik. Amma bununla yanaşı çox böyük təhlükələr yaranır. Bu təhlükələrdən birincisi qabiliyyəti olmayan insanların internetdən, sosial şəbəkələrdən istifadə edərək özlərini gündəmə gətirib böyük kütlələrin beyinlərini yumasıdır. Bu gün televiziyalarda avara bir müğənninin yeni maşın alması, paltarını dəyişməsi, evladının dünyaya gəlməsi günlərlə müzakirə mövzusu olur. Halbuki dünya dəyişir. Bu gün oxumaq, inkişaf etmək, yenilikləri öyrənmək yerinə boş-boş insanlara vaxtımız gedir. Televiziyalarda örnək ailələr işıqlandırılmır, əxlaqyönümlü verilişlərə üstünlük verilmir. Nə qədər əxlaqı təbliğ etsək o qədər əxlaqlı insanlarım sayı artar. Bu gün televizyalar ancaq bunları gündəmdə saxlayır. Əgər televiziyalar bunları təbliğ etməsə, müğənnilərin bu qədər zənginləşməsi mümkün deyildi. Cəmiyyət onlara baxır və düşünür ki, bilik sahibi elə bunlardır. Biz vaxtında bu çağırışlara cavab verməsək sonra çətin olacaq.

Professor vurğulayıb ki, mən kitab yazıram 10 nəfər bəyənir, amma axmağın biri paltarını soyunur milyonlarla “layk” və baxış sayı olur:

“Bu gün bizim insanlarımız, həm də ölkənin ən böyük ziyalıları bu məsələ ilə bağlı fəryad edirlər, cəmiyyətə çağırış edirlər. Hazırda ən aktual mövzu sosial şəbəkələrdə uşaqlarımızın qarşısına çıxan ölkənin gündəmini zəbt edən bu cür xəbərlərdir. Yazıq məktəbli hardan bilsin nə yaxşıdır, nə pis. Siz düşünün dənizdə akula da var, osetrin də. Amma adam bilmir hansı zərərlidir, hansı yeyilməli. Gedib yapışır akuladan. Biz cəmiyətimizi bu akularlardan qurtarmalıyıq. Bununla bağlı ziyalılar fikir bildirir, amma reaksiya yoxdur. Kütləvi informasiya vasitələri artıq bu mövzunu geniş şəkildə ictimaiyyətdə müzakirəyə çıxarmalıdır. Televizya verilişləri dəyişdirilməlidir. Biz bilgi cəmiyəti qurmalıyıq. Bilgi cəmiyyətinin məqsədi bilikli insanların söz sahibi olmasıdır. Bu gün biliyi olmayanlar istənilən mövzuda danışırlar. Axı bütün günü müğənnilər danışa bilməz. Bu təhlükənin qarşısını kim almalıdır? Niyə sovet dönəmində saat ikidə müğam konsertini hamı gözləyirdi? Nəyə görə “Böyük Dayaq” filmi veriləndə həyətdə adam tapmırdın, hamı kinoya baxmağa gedirdi. Millət həmin millət deyilmi?  Çünki bizi belə tərbiyə etmişdilər”.

 

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin