Bu ölkə Rusiya ilə sərhəd keçid məntəqələrini tamamilə bağlaya bilər

22:47 - 16 Noyabr 2023

Bu ölkə Rusiya ilə sərhəd keçid məntəqələrini tamamilə bağlaya bilər

Estoniya zərurət yaranarsa, Rusiya ilə sərhəddəki keçid məntəqələrini qismən və ya tamamilə bağlamağa hazırdır.

 

Manset.az  xəbər verir ki, bu haqda Estoniya sərhəd xidmətinin rəhbəri Veyko Kommusaar bildirib.

“Avropa İttifaqına Estoniya vasitəsilə daxil olmaq yalnız buna bütün hüquqi əsasları olan şəxslər üçün mümkündür. Biz vəziyyəti diqqətlə izləyirik və lazım gələrsə, istənilən qanunsuz miqrasiyanın qarşısını almağa hazırıq. Sərhəddəki vəziyyətdən asılı olaraq, bu, keçid məntəqələrinin qismən və ya tam bağlanması demək ola bilər”, - deyə o, “Postimees” nəşrinə danışıb.

Rəsmi qeyd edib ki, Estoniya Finlandiyanın Rusiya Federasiyası ilə sərhəddəki dörd keçid məntəqəsini bağlamaq qərarından xəbərdardır:

“Bu, əlbəttə ki, indiyə qədər bu sərhədlərdə toplanan insanların Estoniya sərhəd keçidlərində qalması deməkdir”.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin