Çində yeni neft yatağı tapıldı

18:07 - 30 Sentyabr 2021

Çində yeni neft yatağı tapıldı

Çinin Çilli Ofşor Neft Korporasiyası ölkənin şimal-şərq sahillərində, Bohay körfəzində yeni neft yatağını aşkar etdiyini bildirib.

 

Manşet.az-ın məlumatına görə, yatağın ilkin ehtiyatları 100 milyon ton həcmində qiymətləndirilir.

 

"Kenli 10-2" neft yatağı Bohay körfəzinin cənub hissəsində, Tyantszin şəhərindən 245 kilometr məsafədə yerləşir.

 

Qeyd edək ki, ötən ay Çinin "Sinopec" şirkəti Sintszyan regionunda da 100 milyon ton həcmində neft-qaz yatağını aşkar etdiyini bildirmişdi.


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin