AFFA milli karyeralarını bitirən oyunçuları təltif etdi

21:34 - 16 Noyabr 2023

AFFA milli karyeralarını bitirən oyunçuları təltif etdi

Avro-2024-ün seçmə mərhələsində İsveçlə keçiriləcək oyundan əvvəl Azərbaycan millisinin sabiq üzvlərinə təşəkkür plaketi təqdim olunub.

 

Manset.az xəbər verir ki, bu il peşəkar karyerasını başa vuran Əfran İsmayılov, Rauf Əliyev, Elvin Məmmədov, Rahid Əmirquliyev və millidəki karyerasını bitirən Riçard Almeydaya plaket və Azərbaycan millisinin forması verilib. Ruslan Abışov isə mərasimə qatılmayıb.

Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, gənclər və idman naziri Fəriq Qayıbov iştirak ediblər.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin