Həştərxanda yaşayış binası uçdu - 200-dən çox insan təxliyə edildi

21:18 - 16 Noyabr 2023

Həştərxanda yaşayış binası uçdu - 200-dən çox insan təxliyə edildi

Rusiyanın Həştərxan vilayətində beşmərtəbəli yaşayış binasının iki girişi uçub.

 

Manset.az  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fövqəladə hadisədən əvvəl yerli sakinlər fasadda çatlar görüb və təcili yardım çağırıb.

Rusiya FHN-nin məlumatına görə, uçqundan əvvəl 37-si uşaq olmaqla, ümumilikdə 213 nəfər evdən çıxarılıb.

İlkin versiyalardan birinə görə, çökmə bünövrənin aşınması nəticəsində baş verib. Sakinlər mənzillərdən birində batareyanın partladığını bildiriblər.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin