Ermənistanın bu qərarı Rusiyanı qəzəbləndirdi

20:34 - 16 Noyabr 2023

Ermənistanın bu qərarı Rusiyanı qəzəbləndirdi

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ölkə məktəblərinə rus dilində dərsliklərin verilməsi prosesini dayandırıb.

 

Manset.az  xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov deyib.

O bildirib ki, noyabrın 11-də Ermənistana Rusiyadan 50 min dərslik gətirilib, ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının sınaqdan keçirilməsini dayandırıb. Federasiya Şurasının vitse-spikeri bu qərarı qəribə adlandırıb. Onun sözlərinə görə, Ermənistan tərəfində humanitar missiyaya cavabdeh olan şəxslər özləri lazımi dərsliklərin konkret siyahısını göndəriblər.

“Təəssüf ki, bu cür siyasi intriqalardan ilk olaraq qardaş erməni xalqının sadə oğlan və qızları əziyyət çəkir. Bişkekdəki nümayəndə heyətimiz Ermənistan parlamentinin vitse-spikeri qarşısında bu məsələni qaldırıb. Ümid edirik ki, bütün maneələr yaxın gələcəkdə aradan qaldırılacaq”, - Yuri Vorobyov "Teleqram" kanalında yazıb.

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən isə bildirilib ki, tədris vəsaitləri ekspertizaya təqdim edilib və bu, Ermənistan Respublikasının “Təhsil haqqında” qanununun tələbidir. Qeyd edilib ki, yaxın vaxtlarda Rusiya tərəfindən göndərilən və Ermənistanda fəaliyyət göstərən rusdilli siniflər üçün nəzərdə tutulan dərsliklər müəyyən olunmuş qaydada ekspertizadan keçirilərək məktəblərə təhvil veriləcək.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin