Qəzzada internet və telefon xidmətləri yenidən kəsilib

19:58 - 16 Noyabr 2023

Qəzzada internet və telefon xidmətləri yenidən kəsilib

İsrailin Qəzza zolağına hücumları bir aydır davam edərkən, Qəzza zolağında internet və telefon yenidən kəsilib.

 

Manset.az  xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə Fələstinin "Paltel" "Cəvval " telekommunikasiya şirkətləri məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə edilən hücumlarda 310-dan çox əsgər olmaqla 1200 israillinin öldüyü, 5132 nəfərin yaralandığı açıqlanıb.

Qəzza zolağında baş verən qarşıdurmalarda 51 İsrail əsgəri həlak olub.

İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli məhbus var.

Qəzzadakı hökumətin məlumatına görə, Qəzza zolağında 4710-u uşaq və 3160-ı qadın olmaqla 11500 nəfər həlak olub.

Qeyd edək ki, İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 7-dən bəri sərhəddə baş verən qarşıdurmalarda 74 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

Jalə

Manşet.az

 


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin