Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Manset.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 3-cü və 89-cu dəqiqədə kapitan Emin Mahmudov və 6-cı dəqiqədə Renat Dadaşov vurub.
57-ci dəqiqədə Bəhlul Mustafazadə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Beləliklə, yığmamız tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb. Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin hazırda 7 xalı var.
F qrupunun digər görüşündə Avstriya səfərdə Estoniyanı məğlub edib - 2:0.
Qeyd edək ki, Azərbaycan komandası seçmə mərhələdəki sonuncu matçını səfərdə Belçiya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
***22:48
Azərbaycan millisi Bakıda İsveç yığmasına qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyununda fərqi daha da artırıb.
Manset.az xəbər verir ki, Emin Mahmudov 89-cu dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub.
Yarımmüdafiəçi uzaq məsafədən baxımlı qola imza ataraq hesabı 3:0 edib.
***22:20
Azərbaycan millisi Bakıda İsveç yığmasına qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyununda azlıqda qalıb.
Manset.az xəbər verir ki, komandamızın heyətində Bəhlul Mustafazadə 56-cı dəqiqədə qırmızı vərəqə alıb.
Qeyd edək ki, millimiz hazırda 2:0 hesabı ilə öndədir.
***22:10
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, yığmamız 2:0 hesabı ilə öndədir.
Komandanın qollarını 3-cü dəqiqədə Emin Mahmudov, 6-cı dəqiqədə Renat Dadaşov vurublar.
***21:50
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda birinci hissə başa çatıb.
Manset.az xəbər verir ki, yığmamız fasiləyə 2:0 hesabı ilə öndə yollanıb.
Komandanın qollarını 3-cü dəqiqədə Emin Mahmudov, 6-cı dəqiqədə Renat Dadaşov vurublar.
***21:10
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci qol vurulub.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada yığmamız ikinci qolu rəqib qapısından keçirib - 2:0.
6-cı dəqiqədə Renat Dadaşov qonaqları məyus edib.
***21:05
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda hesab açılıb.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada yığmamız 3-cü dəqiqədə rəqibi məyus edib.
Kapitan Emin Mahmudov Renat Dadaşovun ötürməsindən sonra adını tabloya yazdırıb.
***20:00
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələ oyunu başlayıb.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürüb.
Matçı isveçrəli qadın FIFA referisi Ester Ştaublinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.
F qrupunda yer alan hər iki kollektiv final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirib.
Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar. Qrupun digər qarşılaşmasında AVRO-2024-ə vəsiqəni rəsmiləşdirən Avstriya səfərdə Estoniya ilə üz-üzə gəlir.
***18:37
Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində F qrupunda növbəti oyununa çıxacaq.
Manset.az xəbər verir ki, rəqib İsveç yığması olacaq. Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq.
Bu oyunu qadın hakim idarə edəcək. Referi isveçrəli Ester Ştaubli olacaq.
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda İsveç Azərbaycana 5:0 hesabı ilə qalib gəlmişdi.
Avro-2024, seçmə mərhələ, 9-cu tur
16 noyabr
21:00 Azərbaycan - İsveç
Baş hakim: Ester Ştaubli (İsveçrə)
Tofiq Bəhramov adına Respublika Stadionu
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Belçika | 7 | 5 | 2 | 0 | 17-4 | 17 |
2 | Avstriya | 7 | 5 | 1 | 1 | 15-7 | 16 |
3 | İsveç | 6 | 2 | 1 | 3 | 12-9 | 7 |
4 | Azərbaycan | 6 | 1 | 1 | 4 | 4-12 | 4 |
5 | Estoniya | 6 | 0 | 1 | 5 | 2-18 | 1 |