Çin yeni nəsil dəniz müşahidə peykini orbitə buraxdı

18:15 - 16 Noyabr 2023

Çin yeni nəsil dəniz müşahidə peykini orbitə buraxdı

Çin kosmosa öz yeni nəsil dəniz müşahidə peykini göndərib.

 

Manset.az Çinin Sinxua agentliyinə istinadən xəbər verir ki,  peyk Qobi səhrasındakı Ciuchuen Peyk Mərkəzindən Long March 2C raketi ilə buraxılıb.

Peyk planlaşdırılan orbital mövqeyinə yerləşdiyi üçün bu, Long March raketləri ilə həyata keçirilən 497-ci uğurlu nəqliyyat missiyası olub.

Xəbərlərdə peykin adı və orbital yeri ilə bağlı heç bir məlumat verilməsə də, beynəlxalq məlumat bazalarından və peyk izləmə saytlarından əldə edilən məlumatlardan Günəş Sinxron Orbitində yerləşdirilən peykin "Hayyang 3A" olduğu anlaşılır.

Adı Çin dilində "okean" mənasını verən Hayyang peykləri okeanların, dənizlərin, göllərin və axınların müxtəlif xüsusiyyətlərini kosmosdan genişmiqyaslı, davamlı və dinamik şəkildə izləməyə imkan verir.

Çin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanan Hayyang peykləri açıq dənizlərdə, ada və liman sahillərində su mühitini rəng, temperatur və maddə halları baxımından təhlil edərək müşahidə edə bilir.

Bildirilib ki, dünyada yüksək rəng həssaslığına malik ilk peyk olan “Hayang 3A” Çinin dəniz marşrutlarında balıq ehtiyatlarından istifadənin və dənizlərin çirklənməsinin monitorinqi üçün məsafədən zondlama xidmətləri göstərəcək.

Jalə

Manşet.az


Xəbər xətti

3 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin