"Xiaomi" şirkəti ilk avtomobilini istehsal etməyə hazırlaşır

17:50 - 16 Noyabr 2023

\"Xiaomi\" şirkəti ilk avtomobilini istehsal etməyə hazırlaşır

Çinin "Xiaomi" şirkəti ilk avtomobilini istehsal etməyə hazırlaşır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Xiaomi"nin bazara çıxarmağa hazırlaşdığı avtomobil artıq Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumat bazasında da qeyd olunub.

Məlumata əsasən, sözügedən model "SU7" adlanacaq.

Daha sonra isə həmin avtomobilin "SU7 Pro" və "SU7 Pro Max" modelləri də istehsal olunacaq. Avtomobil tək mühərrikli və iki mühərrikli varianta sahib olacaq.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv