Türkiyəli məşhur reper, Murda ləqəbli Mehmet Önder Doğanın bəzi mahnılarında narkotik istifadəni təşviq etdiyi iddiası ilə verilən cəza Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məhkəmə mahnının duyğusunu dinləyiciyə çatdırmağa cəhd edildiyi qənaətinə gələrək Murdanın bəraət almasına qərar verib.
Qeyd edək ki, reper 19 aprel 2022-ci il tarixdə İstanbul 53-cü Asliye Cəza Məhkəməsi tərəfindən "Duman", "Pahalı" və “Eh Baba” adlı mahnılarında yer alan bəzi sözlərin narkotik vasitələrdən istifadəyə təşfiq etməsi səbəbi ilə 4 il 2 ay həbs cəzasına məhkum edilmişdi.
Əfsanə
Manşet.az