Bu şəxslər pensiyaya 5 il tez çıxacaq - VİDEO
22 Dekabr 2024
17:15 - 16 Noyabr 2023
Almaniyaını Daxili İşlər Nazirliyi bu gün Hamburq İslam Mərkəzi və bu mərkəzlə əlaqəli onlarla idarəyə daxil olub və onların fəaliyyətinin mümkün qadağasının zəruriliyinə dair sübutlar axtarıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, alman polisi səhər saatlarından əməliyyata başlayıb və polis əməkdaşları yeddi əyalətdə yerləşən 54 binada axtarış aparıblar.
Qeyd edək ki, bir müddət öncə Almaniya parlamentindəki İran əsilli deputat və Yaşıllar Partiyasının lideri Ümid Nuripur sözügedən İslam mərkəzini Almaniyada İran hökumətinin ən əsas casusluq yuvası adlandırıb.
Bundan əlavə, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Bundestaq (Almaniya Federativ Respublikasının xalq nümayəndəliyinin birpalatalı orqanı) yekdilliklə hökumətdən Hamburq İslam Mərkəzinin fəaliyyətini dayandırmağı istəyib.
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin