Bakıda mərkəzi yollardan biri BAĞLANDI
2 Noyabr 2024
16:42 - 30 Sentyabr 2021
Aktyor Kubilay Akanın proqramların birində olarkən verdiyi sonuncu açıqlaması müzakirələrə səbəb olub.
Manset.az xəbər verir ki, aktyor hərəkətlərində səhvə yol versə də buna görə heç vaxt üzr istəmədiyini bildirib. O ehtiyac varsa, qarşı tərəfin buna anlayışla yanaşmalı olduğunu vurğulayıb:
"Haqlı və ya haqsız üzr istəmirəm. Kiməsə minnət etməyə gərək duymuram. Günah məndədirsə, səhv etmişəmsə, insanam, buna görə üzr istəmərəm. Qarşı tərəfdən anlayış gözləyərəm. Gəncəm, 26 yaşındayam, xəta etmişəmsə, burada problem yoxdur. Böyük və ya kiçik olsun fərq etmir".
Kubilayın bu sözləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və onu özündən razı adlandırıblar. Aktyorun ünvanına "2-ci Can Yaman gəlir", "Bu necə bir eqodur?", "Bir də bunu mərifət kimi deyir", "Zatən Kubilayı sevmirdim, indi lap gözümdən düşdü" kimi şərhlər yazılıb.
Proqramda qonaq olan aktyor Kaan Urgancıoğlunun Kubilaya yanlış fikirdə olduğunu izah etməsi isə bəyənilib.
axşam.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin