Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
16:37 - 30 Sentyabr 2021
Manset.az xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, vətəndaşın ona dəymiş zərərin qarşılanması üçün dövlət qurumlarını məhkəməyə vermək hüququ var:
“Vətəndaşların məhkəməyə müraciət etmək hüququ heç bir halda məhdudlaşdırıla bilməz. Vətəndaş ona dəymiş ziyanla bağlı istənilən halda məhkəməyə müraciət etmək hüuquna malikdir. Amma məhkəmədə qaldırdığı iddianı sübut etmək vəifəsi də onun üzərinə düşür. Tutaq ki, sel suları nəticəsində evinə, obyektinə, avtomobilinə ziyan dəyibsə, bu ziyanın iddia qaldırdığı dövlət qurumunun səhlənkarlığı nəticəsində dəydiyini sübut etmək vəzifəsi onun üzərinə düşür. Əks halda, təbiət hadisəsi və ya təbii fəlakət nəticəsində dəymiş ziyana görə hər hansı bir qurumun məsuliyyət daşıması perspektivi yoxdur. Yalnız təbii fəlakət nəticəsində dəymiş ziyanın iddia qaldırılan dövlət qurumunun səhlənkarlığı ucbatından baş verdiyini sübut etdiyi halda məhkəmədə təzminat tələb etmək hüququ var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin