General Tofiq Həsənovun məhkəməsi başlayır - FOTO

20:04 - 15 Noyabr 2023

General Tofiq Həsənovun məhkəməsi başlayır - FOTO

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki,  iş üzrə toplanmış materiallar baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işini Hüseyn Məmmədovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq. İlk iclas noyabrın 28-ə təyin edilib.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks-xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda ittiham edilir.



Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin