Ərdoğan "Taliban" rəhbərliyi ilə görüşə hazır olduqlarını açıqladı

15:27 - 30 Sentyabr 2021

Ərdoğan

“Taliban” bizimlə uyğun əməkdaşlıq edərsə, onlarla görüş üçün hansısa şərt irəli sürmürük”.

Manset.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

“Bildiyiniz kimi, indi bütün hərbçilərimizi Əfqanıstandan çıxardıq. Əfqanıstanda hərbi birliyimiz yoxdur. Ancaq “Taliban” bizimlə uyğun əməkdaşlıq edərsə, onlarla görüşməməyimiz üçün ön şərtimiz yoxdur. Çünki Əfqanıstan xalqı ilə yüz illərə dayanan tariximiz var. Rəhbərliklə də anlaşma olarsa, biz hər cür danışıqlar apara bilərik. Buna qapımız da açıqdır”,- o deyib.


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin