Rusiya millisinin məşqçisi Lunyovdan danışdı

18:12 - 15 Noyabr 2023

Rusiya millisinin məşqçisi Lunyovdan danışdı

Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov Avropa Liqasının qrup mərhələsində “Bayer”lə oyununda (0:1) zədələnən “Qarabağ”ın zədəli qolkiperi Andrey Lunyovun son durumundan danışıb.

 

Manset.az  sport24.ru saytına istinadən xəbər verir ki, Rusiya millisinin qapıçısı haqda deyib:

“Lunyov “Qarabağ”ın heyətində çempionatda çox yaxşı oynadı. O, bütün qələbələrdə böyük rol oynayır. Təlim-məşq toplanışına qədər daim əlaqə saxlayırdıq. Lunyov 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Tezliklə oynayacaq”.

Qeyd edək ki, bu yaxınlarda Lunyov uzun fasilədən sonra Rusiya millisinə dəvət almışdı.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin