Viktoria Beckhem psixoloji şiddət gördüyünü etiraf etdi

16:07 - 15 Noyabr 2023

Viktoria Beckhem psixoloji şiddət gördüyünü etiraf etdi

Keçmiş ingilis futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoria Beckhem psixoloji şiddətə məruz qalması ilə bağlı etiraf edib.  

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Viktoria məktəbdə oxuduğu illərdə sinif yoldaşları ilə heç vaxt dost ola bilmədiyini və psixoloji şiddət gördüyünü söyləyib.

Viktoria sosial şəbəkədə qızı Harper Sevenla birlikdə fotosunu paylaşaraq uşaqlara və gənclərə "Sinifdəki ən zərif və mədəni insan siz olsun" deyə tövsiyə verib:

"Güclü və mərhəmətli bir övlad böyütdüyüm üçün özümlə qürur duyuram. Böydüyüm illərdə oxuduğum məktəbdə çox şiddətə məruz qaldım. Bu səbəbdən hər zaman qızıma zərif və mədəni olmağı öyrədirəm. Ona görə Harper çox asanlıqla dost ola bilir".

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv