İsrail ordusu sosial mediada Qəzzadan olan qocaya kömək edirmiş kimi təəssürat yaradacaq görüntülər yayımlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, görüntülərdə İsrail əsgərlərinin kömək etdiyi qoca bir müddət sonra öldürülüb.
Bəşir Hacı adlı 79 yaşlı fələstinli kişi Qəzzanın cənubuna çatmaq istəyərkən İsrail snayperi tərəfindən başından və kürəyindən vurulub.
İsrail əsgərlərinin yaşlı fələstinliyə kömək etdiyi foto “idfweets” sosial media hesabında paylaşılıb.
Əfsanə
Manşet.az