“İsrailin Baş naziri Benyamin Netanyahuya səslənirəm. Səndə atom bombası var, ya yoxdur?”
Manset..az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hakim Ədalət və İnkişaf partiyasının qrup iclasında çıxışı zamanı deyib.
O, Netanyahunun bunu açıqlaya bilməyəcəyini bildirib. Ərdoğan İsrailin atom bombası ilə təhdidlər səsləndirdiyini əlavə edib.