Xoşqədəm Hidayətqızından hansı kanalda olacağı ilə bağlı AÇIQLAMA

14:15 - 30 Sentyabr 2021

Xoşqədəm Hidayətqızından hansı kanalda olacağı ilə bağlı AÇIQLAMA

Aparıcı Xoşqədəm Hidayətqızı “Xəzər TV”-dən ayrılması barədə yenidən açıqlama verib.

 

Manset.az-ın məlumatına görə , O bildirib ki, öz ərizəsiylə kanaldan ayrılıb:

“Əziz dostlar, bildiyiniz kimi mən öz ərizəmlə, çalışdığım “Xəzər TV”-dən dostcasına ayrılmışam. Qeyd edim ki, “Xəzər TV”-də bununla bağlı açıqlamasında öz ərizəmlə ayrıldığımı vurğulayıb. Çalışdığım TV-dən ayrıldıqdan sonra sizlərdən çoxlu mesajlar aldım. Narahatlığınızı, mənə olan sevginizi o mesajlarda hiss etdim. Təbii ki, fəaliyyətdə olan kanallardan, hətta açılması nəzərdə tutulan kanallardan belə təkliflər aldım. İstər o təklifi edən kanallara, istərsə də siz dəyərli izləyicilərimə təşəkkürüm sonsuzdur! Göstərdiyiniz səmimi münasibətə görə hər birinizə minnətdaram! Mövsümə start verilib. Hər gün yazırsız, hansı kanalda olacağımı soruşursuz... Bildirmək istəyirəm ki, hazırda Türkiyədəyəm və qısa müddətdə Bakıda olacam. Görüşlərimin sonucuyla bağlı təbii ki, açıqlamam olacaq. Hələlik isə, sağlıqla qalın”.



Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin