"Yuventus" futboldan uzaqlaşdırılan oyunçu ilə yeni müqavilə imzaladı

23:20 - 14 Noyabr 2023

"Yuventus" futbolçusu Nikolo Faqioli ilə müqaviləsini uzadıb.

 

Manset.az  xəbər verir ki, mərc oynadığı üçün ötən ay 7 ay müddətinə futboldan uzaqlaşdırılan 22 yaşlı yarımmüdafiəçi ilə 30 2028-ci ilin iyun ayının 30-dək sözləşmə imzalanıb. 

Xatırladaq ki, daha əvvəl oyunçunun meneceri Nikolonun qumar asılılığından əziyyət çəkdiyini etiraf etmişdi. Faqioli 2021-ci ildən Turin təmsilçisinin əsas komandasında çıxış edir. O, 2022-ci ildən İtaliya yığmasında oynayır.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin