İş adamı Elza Seyidcahanı döydü - ŞOK TƏFƏRRÜAT

13:58 - 30 Sentyabr 2021

İş adamı Elza Seyidcahanı döydü  - ŞOK TƏFƏRRÜAT

Müğənni Elza Seyidcahana zor tətbiq edən Rüstəm Kərimzadə həbs olunub.

 

Manset.az xəbər verir ki, bu barədə tanınmış vəkil Elçin Sadıqov "Facebook” səhifəsində paylaşım edib.

Vəkil bildirib ki, sentyabrın 29-da Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Kərimzadə barəsində bir aylıq həbs qərarı çıxarılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə təqsirləndirilir.

E.Sadıqov həmçinin qeyd edib ki, həbs edilən şəxs aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, müğənni Elza Seyidcahan Nəsim Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, R.Kərimzadənin ona zor tətbiq etdiyini bildirib.

Xatırladaq ki, Kərimzadə Rüstəm Fuad oğlu "ELİT SRC GROUP” MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir.

 

 oxu.az


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin