Manuel Noyer evləndi

22:08 - 14 Noyabr 2023

Manuel Noyer evləndi

"Bavariya"nın 37 yaşlı qapıçısı Manuel Noyer ailə həyatı qurub.

 

Manset.az  xəbər verir ki, o, 23 yaşlı həndbolçu Anika Bissellə evlənib. Bu barədə "Bild" məlumat yayıb.
İdmançıların toyunun kütləvi tədbir olmadığı bildirilir.

Həndbolçu artıq sosial şəbəkədəki profilində də soyadını dəyişib. Anikanın Münhen klubunun qapıçısından uşaq gözlədiyi də vurğulanıb.

Xatırladaq ki, Noyerin Bissel ilə münasibətdə olması barədə məlumat hələ 2020-ci ildə ortaya çıxmışdı.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin