Türkiyə Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırdı

21:10 - 14 Noyabr 2023

Türkiyə Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırdı

Türkiyə hökuməti İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsində (ICC) iddia qaldırıb.

 

Manset.az  xəbər verir ki, bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının vəkilləri “X” sosial şəbəkəsində bəyanat dərc edərək bildiriblər.

Bildirilib ki, Qəzza zolağına olan zərbələrə görə İsrail hökumətinin başçısı məsuliyyət daşıyır.

Qeyd edək ki, noyabrın 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Benyamin Netanyahunu artıq öz həmsöhbəti hesab etmədiyini deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az