Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
13:51 - 30 Sentyabr 2021
Azərbaycanda polisin arvadını qətlə yetirdiyi bölmədən videogörüntülər yayılıb.
Manset.az xəbər verir ki, görüntülərdə polis əməkdaşları qətlə yetirilən qadını Post Patrul Xidməti avtomobilinə qoyduqları əks olunub.
Qeyd edək ki, bu gün səhər saat 09:00 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin