<

Hakan Fidan BMT-nin Yaxın Şərq üzrə kordinatoru ilə müzakirələr apardı

19:43 - 14 Noyabr 2023

Hakan Fidan BMT-nin Yaxın Şərq üzrə kordinatoru ilə müzakirələr apardı

Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə BMT Baş katibinin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland arasında telefon danışığı olub.

 

Manset.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin  “X” sosial media hesabına məlumat verilib.

Telefon danışığı zamanı Fələstin problemlərinin BMT qətnamələri və qəbul olunmuş beynəlxalq parametrlər çərçivəsində həllinin mümkün olduğunu xatırladan Fidan, "Tam atəşkəsə dərhal nail olunmalı, bunun ardınca davamlı və ədalətli sülhün bərqərar olması üçün tədbirlər görülməlidir." bildirib.

İnsani faciənin qəbuledilməz olduğuna işarə edən xarici işlər naziri Fidan Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılması üçün daha çox səy göstərilməli olduğunu bildirib.

Xarici işlər naziri Fidan da xüsusi koordinator Vennesland ilə görüşündə İslam Əməkdaşlıq Təşkilatı - Ərəb Liqası sammitində qəbul edilən qərarlara əməl edəcəklərini vurğulayıb.

Jalə

Manşet.az


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin